Real-ın baş məşqçisi Xulen Lopeteqi İspaniya La Liqanın 10-cu turunda Barcelona-ya 1:5 hesabıı ilə məğlub olduqları oyundan sonra mümkün istefası ilə bağlı futbolçularıla vidalaşıb.


 Offsideplus.az "Marca”ya istinadən xəbər verir ki, 52 yaşlı mütxəssis futbolçulara təşəkkür edib, onlarla sağollaşıb və bildirib ki, hər ehtimala qarşı futbolçularla vidalaşdığını bildirib.

Real Lopoteqinin rəhbərliyi altında ardıcıl 6 oyundur ki, qalib gələ bilmir. 

Bu gün Bakı vaxtı ilə saat 16:00-da Antonio Kontenin komandaya yeni baş məşqçisi kimi təqdim edəcəyi bildirilir.