Real-ın yarımmüdafiəçisi Qaret Beylin başı dərddədir.
Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İspaniya vergi xidməti futbolçunun vergidən yayındığını açıqlayıb. Beylin 2013-cü ildən bəri vergi ödəmədiyi deyilir. Qalliyalının əsas borcu 200 min avro təşkil edir. Gecikməyə görə cərimələnən yarımmüdafiəçi əlavə 100 min avro ödəməlidir. Cərimənin faizi isə 37 min avro hesablanıb. Beləliklə, məsuliyyətə cəlb olunmamaq üçün, Beyl ümumilikdə 337 min avro ödəmək məcburiyyətindədir. 29 yaşlı yarımmüdafiəçi 2013-cü ildə 101 milyon avro qarşılığında Tottenham-dan Real-a transfer olunub.
Xatırladaq ki, İspaniya vergi xidməti bir müddət bundan əvvəl Real-ın digər yarımmüdafiəçisi Luka Modriçi vergidən yayınmaqda günahlandırmışdı.