İspaniya La Liqasının bir neçə qarşılaşmasının ABŞ-da keçiriləcəyi bildirilirdi.

Bu barədə qərarı İspaniya La Liqasının rəhbərliyi versə də, başda Real olmaqla bəzi klublar və İspaniya Futbol Federasiyası buna qarşı çıxırdı. İspaniya çempionatının 21-ci turununun Barcelona - Girona qarşılaşmasının yanvarın 27-də Mayamidə keçiriləcəyi barədə qərar verilmişdi.

Məsələyə FİFA da qarışmalı olub. Ali futbol qurumunun bu gün Ruandanın Kiqali şəhərində keçiriləcək iclasında məsələ müzakirə olunacaq.

Məlumata görə, FİFA İspaniya Futbol Fedeasiyasının mövqeyini dəstəkləyir. Ona görə də, FİFA-nın İspaniya çempionatının oyunlarının ABŞ-da keçirilməsinə qadağa qoyacağı güman olunur.