Real-ın baş məşqçisi Xulen Lopeteqi Çempionlar liqasında Viktoriya ilə oyunu dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, baş məşqçi istefaya göndəriləcəyi barədə dolaşan xəbərlərə də aydınlıq gətirib. “ Qalibi əvvəlcədən müəyyən etmək çətin idi. Oyun asan olmadı. Daha çox qol vura bilərdik. Matçın sonunda əsəblər tam gərilmişdi. Etiraf edim ki, Real hücumları yaxşı sonluqla başa vura bilmir. Problem budur. Axırıncı 5 matçda 12 zərbəmiz rəqibin qapı dirəyinə tuş gəlib. Əsas odur ki, 3 xal qazanmaqla uğursuzluq seriyasına son qoyduq. Qalib gəlməyə davam edəcəyik. “Klasiko”da komandamın yanında olacağımı bilmirəm. Sual mənə aid deyil. Ancaq ümid edirəm ki, postumda qalacağam. Barcelona ilə oyuna hazırlaşırıq. Matç bizim üçün əhəmiyyətlidir. Planlarımız böyükdür”,-Lopeteqi deyib.

Barcelona-Real derbisi oktyabrın 28-də “Kamp Nou” stadionunda olacaq.