Barcelona-nın futbolçusu Arturo Vidal 800 min avro məbləğində cərimələnib. 

Offsideplus.az xəbər verir ki, bununla bağlı bu gün məhkəmədə qərar verilib. 2017-ci ildə "Bavariya"da oynayan zaman gecə klublarından birində dava salan çilili yarımmüdafiəçi etdiyi hərəkət səbəbindən bu cəriməyə məruz qalıb.

A.Vidalın 80 gün ərzində 800 min avronu ödəməli olduğu vurğulanıb.

Qeyd edək ki, A.Vidal gecə klubunda olan şəxslərdən birini başına butulka ilə zərbə endirb. Bundan sonra zərərçəkmiş polisə şikayət etmişdi.(qol.az)