Qış fasiləsində Filip Koutinyo və Yerri Minanı heyətinə qatan “Barselona” daha bir transfer həyata keçirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi “Qremio”nun yarımmüdafiəçisi Arturun transferində yenidən maraqlıdı.
İspaniya nəhəngi danışıq aparmaq üçün öz nümayəndələrini Braziliyaya göndərib. Gələn həftənin əvvəlinə qədər klub rəsmiləri bir araya gələcək və bu keçidi müzakirə edəcək. “Barsa” 22 yaşlı oyunçu üçün braziliyalılara 30 milyon avro və müxtəlif bonuslar təklif edəcək. Əgər tərəflər ortaq məxrəcə gələ bilsələr, Artur yaya qədər “Qremio”da çıxış edəcək və mövsümün sonunda “Barselona”ya qoşulacaq.
Qeyd edək ki, Artur Melo 2016-cı ildən “Qremio”nun əsas komandasının formasını geyinir.