İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneni cəzalandırıb.

Offsideplus.az xəbər verir ki, buna onun İspaniya kubokunun 1/4 finalında "Sevilya"ya qarşı cavab matçında etdiyi hərəkət səbəb olub. O, hakimi istehza ilə alqışladığı üçün 3 oyunluq cəzaya məruz qalıb.Cəza yalnız İspaniya kuboku oyunlarında qüvvədə olacaq. "Atletiko" turnirdə çıxışını başa vurduğu üçün argentinalı mütəxəssis cəzasını gələn mövsüm çəkəcək.

Qeyd edək ki, "Atletiko" "Sevilya"ya 1:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.