Manchester City-nin baş məşqçisi Pep Qvardiola Barcelona-dakı vaxtları barədə danışıb.
Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis Kataloniya klubunda çalışdığı zaman oynatdığı "tiki-taka" (topu qısa və sürətli ötürmələrlə bir-birinə ötürərək, ona daim nəzarət etmək) futbolunu sevmədiyini söyləyib:
"Tiki-taka"nı sevmirəm, kənardan gözəl görünsə də, elə deyil. Önəmli olan pressinq edərək rəqibi istədiyin yerə yönləndirməkdir. Bunu ancaq müəyyən vaxtda edə bilərsiniz. Həmin zamanı yaşadığımız üçün şanslıyıq. Dünyanı yemək istədik, bacardıq. O komandanın gücü sabitlik idi, futbol oynamağı sevirdilər.”
Messinin rəqabəti sevdiyini söyləyən mütəxəssis onu rəqabətçi heyvan adlandırıb: “Messi uduzmağı sevmir, bir uşaq kimi oynayır. O , rəqabəti sevən heyvandır. Komanda ona kömək edərsə, fərq yaratmağı bacarır”.
Qvardiola "İtaliya klubunda çalışarsan?" sualına maraqlı cavab verib.
"Mənim alman futbolundan anlayışım yox idi. Əvvəllər düşünürdüm ki, ölsəm belə Bundesliqa klubunu çalışdırmaram. Amma mənə Bayern Münich-dən təklif gələrkən mən bu təklifi qəbul etməli olduğumu anladım. Gələcəkdə italyan klubunun birində çalışa bilərəm. Niyə də olmasın ki? " - ispan mütəxəssis deyib.
Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə Barcelona-nı çalışdırıb.