Real Madrid-in müdafiəçisi Dani Karvahal Real-dan ayrılmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu açıqlamasında ən böyük arzusunun Premyer Liqada çıxış etmək olduğunu bildirib: “İngiltərə Premyer Liqasında oynamağı çox istərdim. Bu təcrübəni yaşamaq əla olar. Ancaq digər tərəfdən karyeramı hazırkı klubuma həsr etməyim də pis olmaz. Qətər və Çin variantına gəlincə, özümüzü aldatmayaq, ora ancaq pul üçün gedirlər. Premyer Liqada oynamaq arzum böyükdür. Görək necə olacaq”.

Qeyd edək ki, Dani Karvahal cari mövsümdə La Liqanın 5 oyununda forma geyinib.