"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniyada baş verən sel fəlakətindən sonra açıqlama verib.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Marca" yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:
"Düşünürəm ki, liqalar bu həftə sonu təxirə salınmalı idi. Daşqın qurbanlarına necə kömək edə biləcəyimizi düşünməliydik. Çünki futbol həyatda yalnız ən əhəmiyyətsiz şeylər arasında önəmlidir.Bütün fikrimiz seldən zərər çəkmiş ailələrdədir".