Messiyə uruqvaylı kömək edir Barselona-nın hücumçusu Leonel Messi daha çox uruqvaylı komanda yoldaşı Luis Suaresin ötürmələrindən sonra qol vurur.

Offsideplus.az xəbər verir ki, La liqanın növbəti turunda Valensiya oyunda Messi məhz Suaresin məhsuldar otürməsini qola çevirib (1:1). Argentinalının La Liqada vurduğu 27 qolun assistenti uruqvaylı olub. Suares hazırda PSG-də forma geyən Dani Alvesi bu baxımdan qabaqlayıb. Braziliyalı Barcelona-da 26 dəfə Messiyə qol ötürməsi edib.