"Bayern" futbolçusu Alfonso Devis karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Offsideplus.az "Marca" istinadən xəbər verir ki, sol cinah müdafiəçisi "Barselona"nın diqqət mərkəzindədir.

Mənbəyə görə, tərəflər arasında danışıqlar uğurla yekunlaşıb.

Qeyd edək ki, sözügedən oyunçunun klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında bitəcək.