Real rəhbərliyi yaxın günlərdə baş məşqçi Xulen Lopeteqini istefaya göndərə bilər.

Offsideplus.az xəbər verir ki, "Daily Mail" nəşri "kral klubu" rəhbərliyinin komandanın Lopeteqinin başçılığı altında qazandığı nəticələrdən narazı olduğunu yazıb. Nəticələr yaxşılaşmasa, məşqçi istefaya göndəriləcək.

Real son üç matçda nə qələbə qazanıb, nə də qol vurub. 

52 yaşlı Lopeteqi  iyunun 15-də İspaniya millisindən qalmaqallı şəkildə ayrılaraq Real-a gəlib.