Voyçex Şesnı yaşıl meydanlara geri dönüb.
Offsideplus.az xəbər verir ki, polşalı qapıçı "Barselona" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qolkiperlə 2025-ci ilin iyunun 30-a kimi müqavilə imzalanıb.
İspaniya nəhənginin əsas "əlcək sahibi" Mark Andre Ter-Ştegen dizindən əməliyyat olunduğu üçün 8 ay oynaya bilməyəcək.
Qeyd edək ki, Şesnı avqustun 27-də karyerasını bitirdiyini açıqlamışdı. Onun son klubu "Yuventus" olub.