"Real" ilə böyük uğurlara imza atmış Karlo Ançelottinin karyerasını sonlandıracağına dair iddialar ortaya çıxıb.

Offsideplus.az xəbər verir ki, italyan mütəxəssis 2027-ci ildə, 68 yaşında futbolla vidalaşmağı düşünür. Bu barədə "Todofichajes" məlumat yayıb.

Hazırda 2026-cı ilin yayına qədər müqaviləsi olan baş məşqçi kontraktı 1 il daha uzadıb "kral klubu"nda karyerasını bitirmək istəyir.

Qeyd edək ki, təcrübəli çalışdırıcı 5-i Çempionlar Liqası olmaqla 29 kubok qazanmağı bacarıb.