"Barselona" PSV-nin oyunçusu Yerdi Sxauten ilə maraqlanır. 

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi ötən yay 27 yaşlı yarımmüdafiəçi ilə əlaqəyə saxlasa da, transfer maliyyə problemlərinə görə baş tutmayıb. Niderland klubu Sxauten üçün 25 milyon avro tələb edib.

Qeyd edək ki, niderlandlı futbolçu 2023-cü ildən bəri PSV-də çıxış edir və bu müddət ərzində 44 oyuna çıxıb, 5 qol vurub.