"Real Madrid" klubu aprel ayına qədər "Santiaqo Bernabeu" stadionunda bütün konsert proqramlarını təxirə salıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Səbəb qonşuların səs-küydən şikayət etməsidir.

Qeyd edək ki, yenilənmiş stadion dünyaca məşhur müğənnilərin konsertlərinə ev sahibliyi edirdi.