Cari mövsüm sonu Karlo Ançelotti "Real"da ayrıla bilər. 

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları italiyalı baş məşqçiyə cəlbedici təkliflər irəli sürüb. Ançelotti bunları təqaüdə çıxmazdan əvvəl dəyərləndirə bilər. Onun "Real"dan ayrılması halında klub Xabi Alonsonu baş məşqçi vəzifəsinə gətirməyi düşünür.

İspaniyalı bu təklifə mənfi cavab versə, Madrid təmsilçisi alternativ olaraq Yurgen Kloppu nəzərdən keçirəcək.

Xabi Alonsonun Arda Gülerə daha çox oyun şansı verə biləcəyi vurğulanır.

Xatırladaq ki, "Bayer 04" türkiyəlini icarəyə götürmək istəsə də, "kral" bu təklifi geri çevirmişdi.