İspaniya La Liqasında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, La Liqanın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Barselona"nın hücumçusu Luis Suares ötən ayın ən yaxşı oyunçusu seçilib. O, səsvermədə Takasi İnua ("Eybar") və İbai Qomesi ("Alaves") qabaqlayıb.

Qeyd edək ki, L.Suares dekabrda 4 oyunda 5 qol vurub.