Luka Modriç "Real"la müqaviləsini uzatması barədə danışıb.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi bu barədə klubun rəsmi saytına açıqlama verib:

“Soyunub-geyinmə otağında bir ailə kimiyik, dostuq. Burada gözəl ab-hava var. “Real”da qalmaq istəyirdim. Çünki özümü hələ də yaxşı hiss edirəm. Düşünürəm ki, bundan sonra da yüksək səviyyədə çıxış edə bilərəm. Ümid edirəm ki, bu il hamımız birlikdə çoxlu titullar qazana biləcəyik”.