"Arsenal"ın müdafiəçisi Vilyam Saliba karyerasını İspaniyada davam etdirə bilər.

Offsideplus.az "Mirror"a istinadən xəbər verir ki, onun xidmətində "Real" maraqlıdır.

Hazırda "kral klubu" fransız futbolçunun Avropa Çempionatındakı çıxışını izləyir. Fransa qitə turnirinin 1/4 finalında Portuqaliya ilə qarşılaşacaq.

2019-cu ildən "Arsenal"da çıxış edən 24 yaşlı oyunçu geridə qalan mövsümdə 50 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.