“Barselona” klubu futbolçusu Serxio Busketslə olan müqaviləsinin müddətini uzadıb.
Offsideplus.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun müqaviləsinin müddətinin 2023-cü ilə qədər uzadıldığı bildirilib.
Busketsin sərbəst qalma müddəti məbləği isə 500 milyon avro dəyərində müəyyənləşdirilib.
Yarımmüdafiəçinin "Barselona" ilə əvvəlki müqaviləsi 2021-ci ilin yayında başa çatırdı.