“Barselona” klubu yarımmüdafiəçisi Pedriyə görə oyunçunun sabiq klubu “Las Palmas”a 5 milyon avro ödəyəcək.

Offsideplus.az xəbər verir ki, buna səbəb 21 yaşlı futbolçunun Kataloniya təmsilçisində 100-cü oyununa çıxmasıdır.

Beləliklə, transfer bonusları ilə bağlı “Las Palmas”la müqavilənin sonuncu bəndi aktivləşib. Çünki həmin müqavilədə futbolçu 100 oyuna çatacağı təqdirdə 5 milyon avro ödənilməsi ilə bağlı bənd yer alıb.