Fransa yığmasının və "Real"ın üzvü Eduardo Kamavinqa zədələnib.

Offsideplus.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi millinin məşqi zamanı zədə alıb. Milli komandanın həkimləri onun dizində çıxıq olduğunu bildirib.

Futbolçu Avro-2024-ün seçmə mərhələsində Cəbəllütariq və Yunanıstanla keçiriləcək oyunlarda Fransa millisinə kömək edə bilməyəcək.