"Atletiko"nun ulduz futbolçusu Antuan Qrizmann karyerasını sonlandırmaq istədiyi klub(lar)un adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, İspaniya mətbuatına danışan 27 yaşlı hücumçu karyerasını MLS-də yekunlaşdırmaq istəyində olduğunu dilə gətirib. NBA həvəskarı olan futbolçu məhz bu səbəbdən futbol dönəmini Amerikada sonlandırmaq niyyətindədir:
"Karyeramı MLS-də bitirmək istəyirəm. "Mayami" ya da "Los Anceles Qalaksi" klublarından hansısa birindən təklif gəlsə sevə-sevə müqavilə imzalamağa hazır olaram. "Mayami" ya "Los Anceles Qalaksi", hansının olacağını yaşayıb görərik".
Qeyd edək ki, Qrizmann 2014-cü ildən Madrid "Atletiko"sunda çıxış edir.