"Barselona" klubunun yarımmüdafiəçisi Pedri zədəsini sağaldıb və komandanın İspaniya La Liqasında "Real Sosyedad"la oyun üçün heyətinə daxil edilib.
Offsideplus.az xəbər verir ki, 20 yaşlı futbolçu bud nahiyəsində problem səbəbindən avqust ayından bu yana oynamayıb. 2023-2024 mövsümündə o, meydanda cəmi 170 dəqiqə çıxış edib
Qeyd edək ki, ötən mövsüm Pedri kataloniyalıların heyətində 35 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.