"Real"ın prezidenti Florentino Peres koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, o, bu səbəbdən La Liqanın 9-cu turunun "Osasuna"ya qarşı matçına getməyib.
76 yaşlı klub rəhbərinə koronavirus diaqnozu qoyulub.
Qeyd edək ki, Peres ikinci dəfədir bu xəstəliyə yoluxub. Onda ilk dəfə 2021-ci ilin fevralında koronavirus aşkarlanmışdı.