Madrid "Real"ı fransız ulduzu Eduardo Kamavinqa ilə yeni müqavilə bağlamağa hazırlaşır.

Offsideplus.az xarici mediaya istinadla xəbər verir ki, yeni müqavilədə futbolçunun maaşının xeyli artırılması nəzərdə tutulub. Kamavinqanın sərbəstqalma məbləğinin isə 1 milyard avro olacağı bildirilir. 

Qeyd edək ki, “kral klubu" 2021-ci "Renn"dən 31 milyon avro qarşılığında heyətinə qatdığı 20 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalayıb. Bununla belə, "Real" futbolçunun başqa kluba transferinin qarşısını almaq üçün 1 milyard avroluq sərbəst qalma bəndini əlavə edərək müqaviləyə yeniləyir.