"Barselona"nın yeni transferi Joao Feliks Kataloniya təmsilçisinə keçməzdən əvvəl İngiltərə klubuna təklif olunub.
Offsideplus.az "Cadena Ser"ə istinadla xəbər verir ki, söhbət "Mançester Yunayted"dən gedir.
23 yaşlı hücumçunun meneceri onu "qırmızı şeytanlar"a təklif etsə də, razılıq əldə olunmayıb.
Qeyd edək ki, Feliks "Barselona" ilə gələn ilin 30 iyununadək müqavilə bağlayıb.