"Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi düşünür.

 Offsideplus.az "Football İnsider"ə istinadla xəbər verir ki, Kataloniya təmsilçisi, "Tottenhem"in hücumameyilli yarımmüdafiəçisi Covanni Lo Çelsonu sıralarına qatmaq istəyir.

"Barselona"nın baş məşqçisi Xavi Ernandes 27 yaşlı futbolçunu sərəncamında görmək istəyir.

Qeyd edək ki, Lo Çelsonun "Tottenhem"lə 2025-ci ilədək müqaviləsi var.