Cud Bellinqem Kristiano Ronaldodan sonra La Liqada ilk 3 matçında 4 qol vuran ilk "Real"lı oyunçu olub.

 Offsideplus.az  xəbər verir ki, İspaniya La Liqasında "Real Madrid" yeni mövsümdə itkisiz davam edir.

Liqanın ilk matçında Rodriqo və Cud Bellinqemin qolları ilə "Atletik Bilbao"nu məğlub edən Real Madrid, ikinci həftədə Almeria maneəsini 3-1 keçib.