İspaniya La Liqasının 1-ci turunda "Atletik"lə matç Madrid "Real"ının futbolçusu Eduardo Kamavinqa üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, o, "kral klubu"nun heyətində ilə 100-cü matçına çıxıb. Fransalı oyunçu sözügedən görüşdə 71 dəqiqə meydanda olub.

Futbolçu bu göstəriciyə 20 yaş 275 günlüyündə çatıb.

Qeyd edək ki, Kamavinqa 2021-ci ilin yayından "Real"da oynayır.