Madrid “Atletiko”su müdafiəçisi Santyaqo Mourinyonu “Saraqosa”ya icarəyə göndərir. Tərəflər məsələ ilə bağlı razılıq əldə ediblər.

Offsideplus.az xəbər verir ki, futbolçu tibbi müayinədən uğurla keçsə, 1 illik müqaviləyə imza atacaq.

"Atletiko" 21 yaşlı uruqvaylını ötən ay ölkəsinin “Rasinq” klubundan transfer etmişdi.