"Real Madrid" uzun müddətə sıradan çıxan Tibo Kurtuanın əvəzedicisini tapıb. 

Offsideplus.az xəbər verir ki, "Kral klubu" "Çelsi"nin qapıçısı Kepa Arrisabalaqanın icarəsi üçün İngiltərə təmsilçisi ilə danışıqlar aparır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

"Bavariya" 28 yaşlı qolkiper ilə maraqlansa da, Kepa "Real Madrid"ə keçmək istəyir. Münhen təmsilçisinin "zadəganlar"la danışıqları dayandırdığı bildirilir. "Real" Kepa ilə razılıq əldə edib.

Qeyd edək ki, "Sevilya"nın qapıçısı Yassin Bunu da "Real"ın transfer siyahısında idi.