"Mən müsəlmanam, buna görə oyunlardan əvvəl dua etməyi sevirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Real"ın müdafiəçisi Antonio Rüdiger söyləyib.
"Bütün oyunçuların - komanda yoldaşlarım və rəqiblərimin zədələnməməsi və stadionda bizi görməyə gələn insanlar üçün dua edirəm. Mənə başqa heç nə lazım deyil, sadəcə dua edirəm", - alman futbolçu deyib.