Madrid "Atletiko"sunun hücumçusu Joao Feliks karyerasını La Liqanın digər klubunda davam etdirə bilər.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 23 yaşlı portuqaliyalı futbolçu "Barselona"ya keçə bilər.

Məlumata görə, "Atletiko" rəhbərliyi Feliksə Kataloniya təmsilçisinə keçmək üçün icazə verib.

Qeyd edək ki, o, son mövsümü icarə əsasında "Çelsi"də keçirib.