"Çelsi" klubundan ayrılan Sezar Aspilikuetanın Madrid "Atletiko"suna keçidi rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Aspilikueta 2012-ci ildən "Çelsi"də çıxış edirdi. 33 yaşlı futbolçu London klubunun kapitanı idi.