Brahim Diaz icarədə olduğu "Milan"dan "Real Madrid"ə qayıdıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2027-ci ilədək uzadılıb. Brahim gələn mövsüm əsas komandanın üzvü olacaq.
"Milan" futbolçunu komandada saxlamaq istəsə də, "Kral klubu" gənc futbolçunu razı salıb.
Qeyd edək ki, "Real Madrid" daha öncə Fran Qarsiyanın keçidini açıqlamışdı.
Günay Xəlil