"Real Madrid" klubu Marko Asensionun gedişini təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, klubun rəsmi saytı ispan forvardla yolların ayrıldığını rəsmən açıqlayıb.
Marko Asensionun karyerasını PSJ-də davam etdirəcəyi gözlənilir. Yaxın günlərdə 2027-ci ilədək müqavilə imzalanacaq. İllik məvacib 8 milyon avro nəzərdə tutulub.
Günay Xəlil