"Real Sosyedad"ın futbolçusu Takefusa Kubo "Real Madrid"ə mümkün keçidindən danışıb. 

Offsideplus.az xəbər verir ki, yaponiyalı hücumçu "Carrusel"ə açıqlamasında bildirib:

"Mən "Real Sosyedad"ın futbolçusuyam. "Real Madrid" qapısı bağlanıb. Çempionlar Liqasında ulduz olmaq və Avropada "Real Sosyedad"ın adını ucaltmaq istəyirəm".

Qeyd edək ki, Kubo daha öncə "Real Madrid"də çıxış edib.