"Real Madrid" iyun ayında "Milan"da icarə müddəti bitəcək Brahim Diazı komandaya cəlb etmək istəyir. 

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "Kral klubu" "10 nömrə" və sağ cinah hücumçusu mövqeyində çıxış edən Marko Asensionun gedişində yaranacaq boşluğu 23 yaşlı oyunçu ilə doldurmağı planlaşdırır. "Milan"da icarədə olan hücumameyilli yarımmüdafiəçiyə 2027-ci ilədək müqavilə təklif olunub. 

A Seriyası nəhəngi də Brahimi komandada saxlamaq istəyir. Futbolçunun gələcəyi ilə bağlı yaxın günlərdə qərar veriləcəyi bildirilir.

Qeyd edək ki, Asensionun "Real"la müqaviləsi iyun ayında bitir və futbolçunun karyerasını "Aston Villa" və ya PSJ-də davam etdirməsi gözlənilir. 

 

Günay Xəlil