PSJ klubu "Real"ın hücumçusu Marko Asensionu heyətinə cəlb etməyə yaxındır. 

Offsideplus.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Paris təmsilçisi ispan forvarda 4-5 illik müqavilə təklif etmək istəyir. Tərəflər arasında razılıq əldə olunsa, Asensio azad agent olaraq PSJ-yə keçəcək. 

Qeyd edək ki, "Real"la müqaviləsinin müddəti iyun ayında başa çatacaq 27 yaşlı hücumçu ilə İngiltərədən "Aston Villa" klubu da maraqlanırdı.

 

Günay Xəlil