Marko Asensio "Aston Villa"ya keçməyə çox yaxındır. 

Offsideplus.az xəbər verir ki, İngiltərə klubu ispan forvardı azad agent olaraq heyətinə cəlb edəcək. İllik məvacib 8 milyon avro civarında olacaq.

Qeyd edək ki, Asensionun "Real Madrid"lə müqaviləsinin müddəti iyun ayında başa çatacaq.