"Real"ın hücumçusu Marko Asensio komandadan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. İspaniyalı forvard azad agent olaraq cari mövsümün sonunda komandanı tərk edəcək.
Qeyd edək ki, Asensionun klubla müqaviləsinin müddəti iyun ayında başa çatacaq.