"Barselona"nın yarımmüdafiəçisi Qavi gələcək karyerası barədə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını Kataloniya təmsilçisində davam etdirəcəyini bildirib:

"Hamının gələcəyim barədə sakitləşməsini istəyirəm. Mən çox rahatam. Ən böyük arzum "Barselona"da oynamaq olub, bu, mənim xəyallarımın klubudur. Narahat olmayın, hər kəs sakitləşə bilər".

O, bu barədə "Movistar"a danışıb.

 

Günay Xəlil