Marko Asensio karyerasını "Real Madrid"də davam etdirmək istəyir.  

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. İngiltərə və İtaliya klubları ispan forvardla maraqlansa da, futbolçu "Kral klubu"nda qalmaq istəyir. 

Qeyd edək ki, Asensionun "Real"la sözləşməsinin müddəti cari mövsümün sonunda başa çatır.

 

Günay Xəlil