"Xetafe"ya qarşı La Liqa oyununda yüngül zədələnən "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqanın son durumu bəlli olub.
Offsideplus.az xəbər verir ki, fransız futbolçu bu gün məşqlərdə iştirak edib. Onun sabah komanda ilə birgə məşqlərə çıxacağı gözlənilir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Oyunçunun çərşənbə günü "Mançester Siti"yə qarşı Çempionlar Liqası matçında iştirakı gözlənilir.
Qeyd edək ki, "Real" "Xetafe"yə 1:0 hesabı ilə qalib gəlmişdi.