"Real Madrid"in futbolçusu Fede Valverde maraqlı açıqlaması ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, "15" nömrəli formanı geyinən uruqvaylı yarımmüdafiəçi 15-ci dəfə Çempionlar Liqasını qazanmaq istədiyini söyləyib:
"Forma nömrəm ilə uyğunlaşacağı üçün "Real Madrid"in 15-ci dəfə Çempionlar Liqasını qazanması əla olardı".
Qeyd edək ki, "Real Madrid" ÇL-nin yarımfinalında "Mançester Siti" ilə üz-üzə gələcək (ilk oyun 1:1).