Madrid "Real"ının vingeri Marko Asensio yayda komandanı tərk edə bilər.

 Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, 27 yaşlı futbolçu İngiltərə Premyer Liqasında çıxış edən klublardan birinə keçəcək.

İddiaya görə bu klub "Çelsi"dir.

Qeyd edək ki, Asensionun "kral klubu" ilə müqaviləsinin müddəti gələn ayın 30-da başa çatır.