Madrid "Real"ı yayda heyətini iki məşhur futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "Telegraph"a istinadla xəbər verir ki, "kral klubu" PSJ-dən Kilian Mbappe, Dortmund "Borussiya"sından isə Cud Bellingemi transfer etmək üçün hərəkətə keçib.

Məlumata görə, La Liqa klubunun nümayəndələri artıq "Borussiya"nın 19 yaşlı hücumçusu üçün Almaniyaya yollanıb.

"Real" hər iki transfer üçün ümumilikdə 214 milyon dollarından keçməyə hazırdır.